Luis Enrike: “Aston Villa” ilə matçın nəticəsindən razıyıq”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 finalında “Aston Villa”ya qarşı keçirdikləri ilk oyunu (3:1) şərh edib.

Arena.az “TNS Sports” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Buraxdığımız belə bir qolla barışmaq çətin idi, amma biz bu oyunu sadəcə olaraq qazanmalı idik. Sonda vurduğumuz üçüncü qol isə çox vacib idi – bu qol əminlik bəxş edəcək. İndi bizə, cavab oyunu haqda düşünmək gərəkdir, yəqin ki, çox çətin olacaq. Özünə inanmaq vacibdir. Vurduğumuz hər üç qol əla və çox keyfiyyətli idi. Biz nəticədən razıyıq”, deyə Luis Enrike vurğulayıb.

Komandalar arasındakı cavab oyunu aprelin 15-də Birmingemdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: