PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalında “Real Sosyedad”la qarşıdakı oyun haqda danışıb.
Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Hər şey çox sadədir, mümkün qədər tez topu onlardan alıb, sonra onu itirməməyə çalışmalıyıq. “Real Sosyedad” indiyədək yarışda ən az qol buraxmış komandalar sırasındadır. Onlar aqressiv şəkildə təpki göstərirlər. Onlar ötən mövsümün finalçılarından birinin daxil olduğu qrupdan çıxmış, turnirin ən yaxşı komandalarından biridir və açıq-aydın çox yüksək səviyyədə oynayırlar.
Biz favoritik, yoxsa autsaydermi? Bu suala meydanda cavab verməli olacağıq”, deyə Luis Enrike bildirib.
Komandalar arasında oyun bu gün, fevralın 14-də, “Park de Prens” stadionunda keçiriləcək. Cavab oyunu martın 5-də İspaniyada baş tutacaq.


