Luis Enrike ÇL-in 1/4 finalında püşk gözləntilərini açıqladı

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsində hansı rəqiblə qarşılaşmaq istəməsi haqda sualı cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Dediyim kimi, heç kimin bizi üstələyə bilməyəcəyi bir şey var – bu, həvəsdir. Yeddi komandadan heç biri PSJ-dən daha ilhamlana bilməz. Biz heç bir təzyiq hiss etmirik, Çempionlar Liqasını qazanmamışıq, ona görə də PSJ ilə qarşılaşmaq istəyib-istəmədiklərini digər komandalardan soruşsanız, daha yaxşı olar”, deyə Luis Enrike iddia ilə vurğulayıb.

Xatırladaq ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Sosyedad”la qarşılaşıb. Hər iki oyunda qalib gələn (evdə: 2:0, səfərdə: 2:1) Fransa çempionu yarışın 1/4 final mərhələsinə vəsiqəsini təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: