PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda keçirdikləri “Jirona” ilə ev oyununu şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Başlanğıc azacıq astagəl idi. Ağır idi, diqqətsiz idik. Asan ötürmələr edə bilmədik. “Jirona” Çempionlar Liqasına vəsiqə qazanmağı niyə bacardıqlarını, nə üçün yüksək səviyyəli komanda olduğunu nümayiş etdirdi. Başlanğıc məni sevindirmədi, amma ikinci hissədə mən daha xoşbəxt idi.
Yaxşı fürsətlərimiz oldu, ikisi və ya üçü, qol vurmalı idik, amma bacarmadıq. Mən qolu görmədim. Amma biz 3 xal qazandıq. Azarkeşlər ilk dəqiqədən 90-cı dəqiqəyə qədər bizi dəstəkləməyi buraxmadılar.
Rəqibdən asılı olmayaraq, yarışa qələbə ilə başlamaq həmişə vacibdir. Xüsusilə, qarşılaşacağımız rəqiblərin çətinliyini nəzərə alaraq, necə çıxış edəcəyimiz haqda fikir yürüdə və ya təxmin verə bilmərik.
“Jirona”a ələmə mərhələsinə yüksəlmək üçün fantastik imkana malikdir. Onların oyun fikri çox aydındır, bu, müzakirə mövzusu deyil. Təqdim etdikləri, fikirləri, məşqçi işi, heç bir şübhə yoxdur ki, onlar təsnifatı keçə bilərlər”, deyə Luis Enrike vurğulayıb.
Xatırladaq ki, PSJ doğma tribunlar önündə qələbəsini oyunun 90-cı dəqiqəsində “Jirona”nın argentinalı qapıçısı Paulo Qassaniqanın topu öz qapısına göndərməsi ilə bayram edib.
3 xal qazanmış PSJ Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində ələmə mərhələsinə vəsiqə verən 10-cu pillədə qərarlaşıb. Xalsız “Jirona” isə 27-ci pillədədir.


