PSJ-nin baş məşqçisi Luis Enrike ilə jurnalist arasında xoşagəlməz dialoq yaşanıb və ispan mütəxəssis fikrini çılpaq şəkildə ifadə edib.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
Jurnalist Luis Enrikedən PSJ-nin səfərdə “Renn”ə 3:1 hesabı ilə qalib gəldiyi oyunda Fransa nəhənginin çıxışında parislilərin çalışdırıcısının narazı qaldığı məqamları müəyyənləşdirməsini xahiş edib və cavabında tənqidlə üzləşib:
“Sən yalnız bədbinliyə köklənirsən. Bu, məni həyəcanlandırır. Beləcə bütün müsahibə. Sən dünya futbol tarixinin ən xoşagəlməz oğlanısan. Bir dəfə biz 4:1 hesabı ilə qalib gəldik və o, mənə məğlub olmağa layiq olduğumuzu söylədi. Futbol çoxlu tərəflərdən ibarətdir. Bunu adətən bütün gənc adamlar başa düşür, ancaq sən bunu dərk etməyən kimsəsən. Sən suallarını verəndə, mən məhz bu barədə düşünürəm”, deyə Luis Enrike jurnalisti acılayıb.
Xatırladaq ki, Fransa Liqa 1-nin 8 turundan sonra PSJ 15 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Nitsa” 16 xalla ikinci, “Monako” 17 xalla liderdir.


