Luis Enrike “Milan”a məğlubiyyəti şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Milan”a qarşı oyunu (1:2) şərh edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Məsələyə münasibət baxımından, əlbəttə ki, razıyam. Bəli, komandamı bəyəndim, sona qədər mübarizə aparmaq fikri ilə çıxdılar. Oyunda ilk qolu biz vurduq və daha çox qol vurmaq imkanlarımız oldu. Daim hücuma keçməyə çalışırdıq.

Düşünürəm ki, qol vurmaq üçün əhəmiyyətli imkanlarımız oldu. Oyuna nəzarət edəndə daha yaxşı komanda oluruq. Bununla belə, yüz faiz təhlil etmək üçün bu oyunu izləməyə qayıdacağam.

İkinci hissənin əvvəlində “Milan” daha yaxşı müdafiə olundu və biz qol vurmaqda çətinlik çəkdik, həmçinin onların qapısı qarşısında təhlükə yaratdıq. Onlar önə keçib müdafiədə daha da dərinə oturmağa üstünlük verdilər. Bu, çətin idi. Düşünürəm ki, bu, çox bərabər oyun oldu”, deyə Luis Enrike bildirib.

Qələbə sayəsində “Milan” xalını 5-ə yüksəldərək 3-cü pillədə qərarlaşıb. PSJ isə liderliyini itirərək 6 xalla 2-ci pilləyə düşüb. Dortmund “Borussiya”sı 7 xalla qrup liderliyini ələ keçirib. Autsayder “Nyukasl”ın isə 4 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: