Luis Enrike “Nitsa” ilə oyunda xal itkisinə aydınlıq gətirdi

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 7-ci turu çərçivəsində “Nitsa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, son ölkə çempionu olan Paris nəhəngi səfər oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

İspan mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Əksər oyunçuların qeyri-dəqiqlik səviyyəsi bizim üçün heç də adi hal deyildi. Kifayət qədər asan texnikada, kifayət qədər asan ötürmələrdə səhvlər buraxdıq. Həmişəki kimi eyni səviyyəni göstərmədik. Fasilə zamanı beş oyunçunu asanlıqla əvəz edə bilərdim, ancaq bir oyunçunu əvəzlədim”, deyə Luis Enrike komandasından narazı qalmasına rəğmən, ümidini də itirmədiyini başa düşməyə əsas verib.

Xal itkisi nəticəsində PSJ Liqa 1-in yarış cədvəlində liderliyi “Monako”ya təslim edib. Knyazlıq klubu 19 xalla 1-ci, PSJ isə 17 xalla 2-ci pillədə qərarlaşıb. “Nitsa” isə 9 xalla 9-cu pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: