PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin gənc oyunçuları ilə işi barədə söhbət açaraq, onlara bir ata qayğısı bəslədiyini bildirib.
Arena.az PSJ-nin mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mənim uşaqlarım Uerren, Senni, Dezire və ya bizim gənc oyunçuların hər hansı birindən böyükdürlər. Ola bilsin ki, onlardan bəziləri üçün mən ikinci ata kimiyəm. Ona görə də mən öz davranışımı hər bir oyunçuya müvafiq surətdə sazlayıram. Əgər onlara qucaq gərəkdirsə, mən onları qucaqlayıram, əgər onları tənbeh etmək gərəkdirsə, mən bunu edirəm. Gənclər akademiyasından keçən gənc oyunçular yaxşı münasibətə malikdirlər. Mən onlara münasibətdə tələbkaram, amma meydanda isə onlara dəstək hər şeydən çox gərəkdir”, deyə Luis Enrike vurğulayıb.
30 oyundan 78 xalla PSJ Fransa Liqa 1-in yarış cədvəlinin zirvəsində qərarlaşıb. Fransa nəhəngi cari mövsümün çempionluğunu erkən surətdə təmin edib.


