PSJ-nin baş məşqçisi Luis Enrike komandasının “Şturm” ilə mövsümöncəsi hazırlıq məqsədilə yoldaşlıq oyununu (2:2) şərh edib.
Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Çempionatına artıq başlamış rəqiblə oyunun ilk dəqiqələridir, bizim isə heyətimizdə çoxlu oyunçular ilk dəqiqələrini oynayırlar. Bu gecə hər şeydən bir az, yaxşı məqamlar, yaxşı fəaliyyət vardı, amma aydındır ki, uyğyn formaya çatana qədər hələ çox yol var.
Şənbə günü keçiriləcək oyun? Məqsədimiz eyni olacaq – fiziki cəhətdən inkişaf etmək, rəqabət qabiliyyətini bərpa etmək və əsas heyətin oyunçuları ilə məşq edə bilmək”, deyə Luis Entike vurğulayıb.
Xatırladaq ki, PSJ yeni mövsümə Fransanın cari çempionu adı ilə başlayacaq. Luis Enrikenin yetirmələri ötən mövsümün qalibi olublar.


