Luis Enrike PSJ-nin transfer planlarından danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike cari yay transfer pəncərəsinin qalan dövründə klubun transfer siyasəti barədə danışıb.

Arena.az xəbər verir ki, ispan mütəxəssis hələ də yeni transferlərə ehtiyac olduğunu bildirib:

“Bizə bəzi oyunçuları satmaq gərəkdir. Həmçinin, PSJ-nin hələ də yeni oyunçulara ehtiyacı var.

Mövsümöncəsi oyunlar bizə hazırkı heyətin nə qədər dərin olduğunu göstərəcək. Həmçinin nə qədər məhsuldar olduğumuz da aydın olacaq”.

Cari transfer pəncərəsində PSJ bir neçə yüksək səviyyəli sövdələşmələri gerçəkləşdirməyi bacarıb. Müdafiəçilər Lukas Hernandes və Milan Şkrinyar, yarımmüdafiəçilər Şer Ndur, Li Kan İn, Manuel Uqarte və Marko Asensio komandaya qoşulublar. Klubun ulduz hücumçusu Lionel Messi isə komandadan azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.

Daha əvvəl PSJ-nin istənilən oyunçusunu satmağa hazır olduğu barədə məlumat yayılmışdı. Həmçinin parislilərin italyan mərkəz yarımmüdafiəçisi Marko Verratti ilə bir neçə klubun maraqlandığı bildirilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: