Məhəmməd Mirzəbəyov da “Səbail”dən getdi

Səbail” müdafiəçisi Məhəmməd Mirzəbəyov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Dənizçilər” Mirzəbəyovun müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq onunla yolların ayrılması barədə qərar qəbul edib. Futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

Məhəmməd Mirzəbəyov 2021-ci ilin yayından “Səbail”də çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 23 oyunda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə Azərbaycanda “Sabah”, “Neftçi”, “Qəbələ”, “İnter” (indiki “Şamaxı”) və “Sumqayıt” klublarının da formasını geyinib. 31 yaşlı futbolçu karyerasının ilk illərində Rusiyada “Torpedo” (Moskva) və “Anji” klublarının da uğurları üçün çalışıb. Azərbaycana gəldikdən sonra milliləşdirilən sağ cinah müdafiəçisi 18 oyunda milli komandamızın da formasını geyinib.

“Səbail” daha öncə Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov və Rauf Əliyevlə də yollarını ayırmışdı. Paytaxt klubunda Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov və Hüseynəli Quliyevlə yeni müqavilə imzalanıb. “Dənizçilər” Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emil Martinov, Qoba Zakpa və Luvaqa Kizitonu da transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: