Madrid məhkəməsi “Real”a qarşı məhkəmə işini yenilədi

Madrid məhkəməsi İspaniya La Liqasının və İspaniya Kral Futbol Federasiyasının (RFEF) “Real”a qarşı şikayət ərizəsini qəbul edib.

Arena.az bu barədə “Iusport” dərgisinə istinadən məlumat verir.

İnzibati mübahisələr üzrə Madrid Mərkəzi Məhkəməsi adıçəkilən təşkilatlar tərəfindən apellyasiya şikayəti əsasında “Real”a qarşı daha əvvəl açdığı işi bərpa edib.

İşin əsasında “Real”ın klub teelvizayasının hakimlərlə bağlı yayımladığı videoçarxlar dayanır. Məhkmə videoçarxların məzmunu ilə bağlı daha əvvəl açdığı işi yenidən qaldıraraq, müvafiq iş üzrə intizam araşdırması aparacaq.

Mənbənin məlumatına görə, təşkilatların müvafiq şikayəti İdman İnzibati Məhkəməsinin (TAD) 2024-cü ilin 21 Noyabr tarixli qərarı əsasında verilb. İspaniya La Liqasının fikrincə, “Real Madrid TV”-nin videoçarxları hakimlərə təzyiq vasitəsi olaraq hazırlanıb yayımlanır.

La Liqanın prezidenti Xavyer Tebas məhkəmənin “Real”ı cəzalandırmalı olduğu qənaətindədir:

“Hüquqşunas olaraq, mən hesab ediərm ki, “Real” özünün klub televiziyasının videoçarxlarına görə, cəzalandırılmalıdır. İdman İnzibati Məhkəməsi var, biz isə işlərin nə yerdə olduğunu bilirik. Nə olar, görək də…”, – AS dərgisi Tebasdan sitat gətirir.

Xatırladaq ki, “Real”ın klub televiziyasının tənqidi mövqeyi İspaniya Kral Kubokunun “Barselona” ilə final oyununun (3:2, əsas vaxt 2:2) baş hakimi Rikardo De Burqos Benqoeçeanı göz yaşlarına qərq etmişdi. Oyuna həsr edilmiş mətbuat toplantısında ispaniyalı hakim “Real Madrid TV” tərəfindən ünvanına yönəlmiş tənqidlərin nəticəsini açıqlayaraq, ağlamışdı:

“Yaşadıqlarımız ədalətli deyil. Məktəbdə sənin oğluna atasının “oğru” olduğunu deyəndə və o, göz yaşları içində evə qayıdanda, bu, həqiqətən ağırdır”, deyə o vaxt Benqoeçea bildirmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: