Mahir Emreli: “Millidə qələbədən vacib heç nə yoxdur”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasında Litvaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Kaunasda üz-üzə gələcəklər.

Mahir Emreli bu gün təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah bizi çox önəmli oyun gözləyir, bunun fərqindəyik. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Bu gün son məşqimiz olacaq, yaxşı hazırlaşmağa çalışacağıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni qazanacağıq.

Tacikistanla matçın son dəqiqəsində dizimdən zədə aldım. Lakin vəziyyət yaxşıdır və oyuna tam hazıram. Düşünürəm ki, problem olmayacaq.

Tacikistanla matçda yaxşı təşkil olunmuş hücumlar etdik. Məşqdə hazırlaşdığımız bəzi elementləri tətbiq edə bildik. Belə məqamlar hücumçular üçün də yaxşıdır. Düşünürsən ki, qol vura bilərəm. Millidə qələbədən vacib heç nə yoxdur. Qol vura, məhsuldar ötürmə edə bilsəm, əlavə motivasiya olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: