Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin ilk qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, 8 oyunun hamısı eyni günə təsadüf edib.
Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su səfərdə İspaniya “Betis”i ilə üz-üzə gəlib. Xorvatlar səfərdən qələbə ilə qayıdıblar. Amma zədədən əziyyət çəkən Mahir bu görüşdə iştirak etməyib.
“Yunion” – “Ayntraxt” və “Ayaks” – “Bodo Qlimt” matçlarında oxşar məhsuldar heç-heçə qeydə alınıb. “Servett” – “Ludoqorets” oyununda isə ümumiyyətlə qapılara qol vurulmayıb.
“Molde” “Legiya”nı, “Olimpiakos” “Ferentsvaroş”u, “Şturm Qraz” “Slovan”ı, Makkabi (Hayfa) də “Gent”i məğlub yola salıb.
Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar yarışın 1/8 finalına vəsiqə qazanacaqlar.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
15 fevral
Molde (Norveç) – Legiya (Varşava, Polşa) 3:2
Qollar: Qulbrandsen, 12; 19. Kaasa, 24 – Xosue, 63. Auqustinyak, 71.
Olimpiakos (Yunanıstan) – Ferentsvaroş (Macarıstan) 1:0
Qol: El Kaabi, 83.
Yunion (Belçika) – Ayntraxt (Almaniya) 2:2
Qollar: Rasmussen, 31. Nilsson, 68 – Çaibi, 3. Kayaydziç, 10.
Şturm Qraz (Avstriya) – Slovan (Bratislava, Slovakiya) 4:1
Qollar: Beret, 4. Stankoviç, 27. Kiteişvili, 64-pen. Kamara, 90+1 – Q.Rodriqes, 8.
Ayaks (Niderland) – Bodo Qlimt (Norveç) 2:2
Qollar: Van den Bomen, 90+1-pen. Berqeys, 90+7 – Qronbaek, 16; 63.
Betis (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
Qol: Petkoviç, 75-pen.
Servett (İsveçrə) – Ludoqorets (Bolqarıstan) 0:0
Makkabi (Hayfa, İsrail) – Gent (Belçika) 1:0
Qol: Pyerro, 65.


