Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 4-cü turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də heyətində yer aldığı Zaqreb “Dinamo”su bu turda Plzen “Viktoriya”sının qonağı olacaq.
Türkiyə təmsilçilərindən “Beşiktaş” Norveç “Bodo Qlimt”ini qəbul edəcək. “Fənərbaxça” isə Bolqarıstanda “Ludoqorets”in qonağı olacaq.
Qeyd edək ki, bu turun oyunlarından sonra Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanmış bəzi komandaların adlarına aydınlıq gələcək.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 4-cü tur
9 noyabr
A qrupu
00:00. “Olimpiya” (Sloveniya) – “Klaksvik” (Farer adaları)
00:00. “Slovan” (Bratislava, Slovakiya) – “Lill” (Fransa)
Xal: Lill – 7. Slovan – 6. Klaksvik – 4. Olimpiya – 0.
B qrupu
00:00. “Breydablik” (İslandiya) – “Gent” (Belçika)
00:00. “Zarya” (Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail)
Xal: Gent – 7. Zarya – 4. Makkabi – 3. Breydablik – 0.
C qrupu
19:30. “Astana” (Qazaxıstan) – “Ballkani” (Kosovo)
21:45. “Viktoriya” (Plzen, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
Xal: Viktoriya – 9. Dinamo – 3. Ballkani – 3. Astana – 3.
D qrupu
21:45. “Beşiktaş” (Türkiyə) – “Bodo Qlimt” (Norveç)
00:00. “Brügge” (Belçika) – “Luqano” (İsveçrə)
Xal: Brügge – 7. Bodo Qlimt – 4. Luqano – 4. Beşiktaş – 1.
E qrupu
21:45. “Legiya” (Polşa) – “Zrinski” (Bosniya və Herseqovina)
00:00. “Aston Villa” (İngiltərə) – “Alkmar” (Niderland)
Xal: Legiya – 6. Aston Villa – 6. Zrinski – 3. Alkmar – 3.
F qrupu
21:45. “Ferentsvaroş” (Macarıstan) – “Genk” (Belçika)
21:45. “Çukariçki” (Serbiya) – “Fiorentina” (İtaliya)
Xal: Fiorentina – 5. Ferentsvaroş – 5. Gentk – 5. Çukariçki – 0.
G qrupu
21:45. PAOK (Yunanıstan) – “Aberdin” (Şotlandiya)
21:45. HJK (Finlandiya) – “Ayntraxt” (Almaniya)
Xal: PAOK – 9. Ayntraxt – 6. Aberdin – 1. HJK – 1.
H qrupu
21:45. “Nordsyelland” (Danimarka) – “Spartak” (Trnava, Slovakiya)
00:00. “Ludoqorets” (Bolqarıstan) – “Fənərbaxça” (Türkiyə)
Xal: Fənərbaxça – 9. Nordsyelland – 6. Ludoqorets – 3. Spartak – 0.


