Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda Belçika “Gent”i Hayfa “Makkabi”si ilə üz-üzə gəlib. İlk oyunda tək qolla qalib gəlmiş İsrail təmsilçisi səfər oyunundakı heç-heçənin ardından 1/8 finala ilk vəsiqənin sahibinə çevrilib.
Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin qalan cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar yarışın 1/8 finalına vəsiqə qazanacaqlar.
Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
21 fevral
Gent (Belçika) – Makkabi (Hayfa, İsrail) 1:1 (ilk oyun – 0:1)
Qollar: Tissudali, 69 – Pyerro, 4.
22 fevral
21:45. Bodo Qlimt (Norveç) – Ayaks (Niderland) (2:2)
21:45. Dinamo (Zaqreb, Xorvatiya) – Betis (İspaniya) (1:0)
21:45. Ludoqorets (Bolqarıstan) – Servett (İsveçrə) (0:0)
00:00. Legiya (Varşava, Polşa) – Molde (Norveç) (2:3)
00:00. Ferentsvaroş (Macarıstan) – Olimpiakos (Yunanıstan) (0:1)
00:00. Ayntraxt (Almaniya) – Yunion (Belçika) 2:2
00:00. Slovan (Bratislava, Slovakiya) – Şturm Qraz (Avstriya) (1:4)


