Maks Qradel daha iki il “Sivasspor”da!

Türkiyənin “Sivasspor” klubu hücumçusu Maks Qradel ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşməyə əsasən, Fil Dişi Sahilindən olan vinger 20204-cü ilin yayına qədər Sivas təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayına qədər idi.

Qeyd edək ki, Maks Qradel 2020-ci ildən “Sivasspor”da çıxış edir. O, geridə qalan mövsümdə bütün turnirlər çərçivəsində meydana çıxdığı 48 oyunda 12 qola imza atıb. 33 yaşlı futbolçu daha öncə “Lester Siti”, “Bornmut, “Lids”, “Sent-Etyen”, “Tuluza” kimi komandalarda da forma geyinib.

Xatırladaq ki, “Sivasspor” daha öncə Muammer Yıldırım, Ali Şaşal Vural, Mustafa Yatabare və Caner Osmanpaşa ilə də müqavilələrin müddətini artırmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: