İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, “şəhərlilər” buna qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalı çərçivəsində baş tutan Dortmund “Borussiya”sı ilə ilk oyunda nail olublar.
Mançester təmsilçisi qarşılaşmanın 19-cu dəqiqəsində Kevin de Breynenin vurduğu qol sayəsində hesabı açıblar. “Mançester Siti” məhz bu qolla ÇL-də yeni rekord müəyyənləşdirib. Sözügedən komanda öz qapısını toxunulmaz saxlamaq şərtilə ardıcıl ən çox qol vuran kollektivə çevrilib. De Breynenin vurduğu qol bu baxımdan 18-ci olub.
Qarşılaşmanın sonlarında Almaniya klubu Marko Roysun vurduğu qol sayəsində hesabı bərabərləşdirsə də, sonda İngiltərə təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. “Mançester Siti” ötən mövsümdən etibarən keçirdiyi 18 oyunda 14-cü qələbəsini rəsmiləşdirdi. Bu periodda İngiltərə klubu cəmi bir dəfə məğlub olub, üç oyunda isə heç-heçəyə razılaşıb.
Çempionlar Liqasındakı rekord isə Almaniyanın “Bavariya” klubuna məxsusdur. Münhen təmsilçisi ÇL-də ardıcıl 18 qələbəyə sevinib.
Qeyd edək ki, “Mançester Siti” islə Dortmund “Borussiya” arasındakı cavab görüşü bir həftə sonra Almaniyada baş tutacaq.


