Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada təşkil edilmiş “Poland Open” turnirində qızıl medal qazanıb.
Arena.az xəbər verir ki, yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.
Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, favorit imicini doğruldub. Dünya qadın güləşinin canlı əfsanəsi finala qədər kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa “tuş”la qalib gəlib. Stadnik həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşıb. Rəqibini 7:0 hesablı qələbəylə üstələyən Mariya “Poland Open” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) da bu turnirdə qüvvəsini sınayacaqlar.


