Mariya Stadnik yarımfinalda uduzsa da, lisenziya şansını saxladı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, yarımfinala qədər irəliləyən idmançımız, bu mərhələdə Şimali Koreya təmsilçisi Son Hyanq Kimlə qarşılaşıb.

Mariya Stadnik bu rəqibinə qalib gələcəyi halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqdı. Lakin təəssüf ki, titullu güləşçimiz Kimə uduzmaqla bu fürsəti əldən verib. Lakin o, hələ lisenziya şansını qoruyur. Belə ki, Stadnik sabah üçüncü yer uğrunda görüşdə qalib gələrsə, Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Bu gün qadınlardan ibarət yığmamızın daha 4 üzvü xalça üzərinə çıxıb. Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68kq) rəqiblərinə məğlub olaraq Paris-2024-ə lisenziya şanslarını itiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: