Markao “Qalatasaray”la yeni müqavilə bağladı

Türkiyənin “Qalatasaray” klubu müdafiəçisi Markao ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

2019-cu ildən “Qalatasaray”da çıxış edən Markao bu mövsüm Super Liqada 37 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: