“Leypsiq”in baş məşqçisi Marko Roze Çempionlar Liqasının 1/8 finalında “Real”la ilk oyundan gözləntilərini paylaşıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Əlbəttə, qorxmuruq. Stadionumuzda rəqibi, meydanı və stadionumuzdakı ab-havanı səbirsizliklə gözləyirik. Bu, ötən mövsüm və bu mövsüm qrup mərhələsində çox çalışdığımız bir məqamdır. “Real” cari mövsümdə yaxşı inkişaf etdi və Avropanın ən güclü komandalarından birinə çevrildi. Onlar bütün sahələrdə olduqca yaxşı vəziyyətdədirlər. Çempionlar Liqasında oynamaq və qalib gəlməyin nə demək olduğunu bilirlər. Onların keyfiyyətlərini bilirik, amma özümüz də pis komanda deyilik və sıralarımızda əla oyunçular var. Biz əlimizdən gələni edəcəyik və oyuna yaxşı başlamaq üçün fürsətlər axtaracağıq”, deyə Marko Roze bildirib.
Xatırladaq ki, tərəflər arasında ilk oyun bu gün – fevralın 13-də keçiriləcək.


