Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappeyə sol dizinin arxa kapsulunun hiperekstensiyası diaqnozu qoyulub.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl bildirildiyi kimi, Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Mbappe qarşılaşmada yeganə qolu vurub, daha sonra zədə səbəbindən əvəzlənməsini istəyib.
“Bu gün futbolçumuz Kilian Mbappe üzərində aparılan tibbi müayinələrin nəticələrinə əsasən, onun sol dizinin arxa kapsulunun hiperekstensiyası diaqnozu qoyulub. Onun bərpa prosesi nəzarətdə saxlanılacaq”, – deyə “Real”ın açıqlamasında bildirilib.
27 yaşlı Mbappe 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub, 2022-ci ildə isə dünya çempionatının gümüş medalını qazanıb. O, mundiallar tarixində 22 qolla rekordçudur.
Hücumçu cari mövsümdə “Real”ın heyətində 8 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.


