Mert Çetin yenidən Super Liqada: Bu dəfə Adanada oynayacaq

Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Mert Çetin İtaliya A Seriyasında mübarizə aparan “Verona” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 26 yaşlı müdafiəçi bundan sonra Türkiyənin “Adana Dəmirspor” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Adana klubu onu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürüb.

Mert Çetin peşəkar karyerasına Türkiyənin “Hacettepe” komandasında başlayıb. Daha sonra “Gənclərbirliyi”nin uğurları üçün çalışan müdafiəçi, 2019-cu ildə İtaliyanın “Roma” klubuna transfer olunub. Paytaxt klubunda az forma şansı qazanan müdafiəçi bir il sonra “Verona”ya keçib. Ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Kayserispor”da keçirmiş Mert, bu mövsümün ilk hissəsində də “Leççe”nin uğurları üçün çalışıb. “Verona”da 10, “Roma”da 6, “Leççe”də 1 oyun keçirmiş futbolçu, Türkiyə milli komandasında da 2 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: