Mikel Arteta: “Real”ı məğlub etməyimizlə qürur duymalıyıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/4 finalının səfərdə baş tutmuş “Real”la cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, Londondakı ilk oyunda 3:0 hesablı qələbə qazanmış “Arsenal”, Madriddəki cavab oyununda da 2:1 hesablı qələbəyə sevinib.

Mikel Arteta səfər matçından sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Yəqin ki, mən öz oyunçularımla bundan daha artıq heç vaxt qürur duymamışdım. Səbəb heç də yarımfinala çıxmağımızda deyil, həm də buna ən mürəkkəb şəraitdə, zədələri hesaba alaraq, mübarizə aparıb və bu oyunu necə keçirərək müvəffəq olmağımızdadır.

Sössüz ki, bu, mənim futbol karyeramda ən yaxşı axşamlardan biridir. Biz, bu yarışda bizlərdən çoxunu ilhamlandırmış komandaya qarşı oynayırdıq. Biz, qələbəni müvafiq üslubda qazanmağımızla fəxr etməliyik”, – UEFA-nın mətbuat xidməti ispan mütəxəssisdən sitat gətirir.

Ümumi hesabda (5:1) üstünlük saxlamış “Arsenal” Çempionlar Liqasının yarımfinalına adalayıb və PSJ ilə qarşılaşacaq. “Real” isə ümidlərini növbəti mövsümə bağlamağa məcburdur.

Xəbəri sosial şəbəkələrdə paylaş: