“Milan” səfərdə, “Monako” evdə uduzdu – Çempionlar Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off (1/16) mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

İtaliyanın “Atalanta” komandası səfərdə Belçika təmsilçisi “Brügge” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.

“Seltik” Şotlandiyada Almaniya nəhəngi “Bayern”i sınağa çəkib. Bu görüşdə də qapılara 3 qol vurulub. Amma yekunda qələbəni qonaqlar bayram ediblər.

“Feyenoord” Niderlandda İtaliya nəhəngi “Milan”ı qəbul edib. Milan klubu səfərdən məğlub qayıdıb.

Günün digər oyunu “Benfika” (Portuqaliya) ilə “Monako” (Fransa) arasında təşkil olunub. Bu oyunda da Liqa 1 təmsilçisi minimal hesabla uduzub.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları gələn həftə keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
12 fevral

“Brügge” (Belçika) – “Atalanta” (İtaliya) 2:1
Qollar: Yutqla, 15. Nilsson, 90+4-pen – Paşaliç, 41.

“Seltik” (Şotlandiya) – “Bayern” (Almaniya) 1:2
Qollar: Maeda, 79 – Olise, 45. H.Keyn, 49.

“Feyenoord” (Niderland) – “Milan” (İtaliya) 1:0
Qol: Payşao, 3.

“Monako” (Fransa) – “Benfika” (Portuqaliya) 0:1
Qol: Pavlidis, 48.

Xəbəri sosial şəbəkələrdə paylaş: