Minifutbol: Azərbaycan millisinin DÇ-dəki rəqibi dəyişdi

Minifutbol üzrə Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatındakı rəqiblərindən biri dəyişib.

Arena.az xəbər verir ki, Ras Əl-Xayma şəhərində təşkil olunacaq mundialda yığmamızla eyni qrupda yer alan Tunis seçməsi turnirə qatılmayacaq.

Tunis hökuməti milli komandanın dünya çempionatında çıxışına icazə verməyib. Əvəzində Küveyt yığması dünya çempionatına cəlb edilib.

Tunislə yanaşı, daha iki komanda DÇ-2023-də yer almayacaq. Bunlar Livan və İsrail yığmalarıdır. Adı çəkilən millilərin imtinası səbəbindən onları yarışda müvafiq olaraq Bəhreynlə Əlcəzair əvəz edəcəklər.

Minifutbol üzrə dünya çempionatına oktyabrın 26-da start veriləcək. G qrupunda yer alan Azərbaycan millisi ayın 27-də İraq, 29-da Misir, 31-də isə Küveyt yığmaları ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: