Fransanın “Monako” klubu hücumçusu Sofyan Diop ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı hücumçunun sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər artırılıb.
Sofyan Diop 2018-ci ildən “Monako”da çıxış edir. O, bu kluba yetirməsi olduğu “Renn”dən transfer olunub. Fransalı futbolçu 2019/20 mövsümündə “Soşo”da icarədə də oynayıb.
Fransanın gənclərdən ibarət yığmasının da üzvü olan Diop, “Monako”da indiyə qədər 60 matça çıxıb, 8 qol vurub.


