“Yuventus”un baş məşqçisi Tyaqo Motta Çempionlar Liqasının PSV ilə 1/16 final mərhələsinin cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Tuttomercatoweb” dərgisinə istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu günə olan vəziyyətə görə, PSV ilə oyun bizim üçün mövsümün ən vacib oyunudur. Biz, Çempionlar Liqasında öz çıxışımızı davam etdirmək istəyirik. 1/8 finala çıxmağa layiq olmaq üçün, biz mütləq surətdə can qoymalıyıq.
Biz, evdə oynayacaq və hücumlar edəcək rəqibə qarşı özümüzü möhkəm və yığcam komanda olaraq göstərməliyik. Mən həmişə ümidvaram ki, “Yuventus”, PSJ, “Liverpul” və “Şaxtyor” kimi yüksək səviyyəli komandalara qarşı oyunlarda nəticə əldə etmiş komandaya qarşı ən yüksək səviyyəli oyununu göstərəcək.
Əsası, rəqibə məkan verməməkdir, rəqib ayrıca oyunçularının fərdi fəaliyyətləri baxımından çox yaxşıdır. PSV say üstünlüyü ilə hücuma keçməyə adətkardır. Bizə, topu qəbul etdiyimiz zaman ondan düzgün yararlanmaq çox vacibdir”, – “Tuttomercatoweb” dərgisi dən sitat gətirir.
PSV – “Yuventus” oyunu bu gün, fevralın 19-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (20 fevral) başladacaq.
Xatırladaq ki, Turində keçirilmiş birinci oyunda “qoca sinyora” Eyndhoven təmsilçisini 2:1 hesabı ilə məğlub edib.


