Motta PSV üzərində qələbəni şərh etdi

“Yuventus”un baş məşqçisi Luis Enrike Çempionlar Liqası 1/16 finalının ilk oyununda PSV üzərində 2:1 hesablı qələbəni şərh edib.

Arena.az “Yuventus”un rəsmi saytına istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, yaxşı futbol oynamağa çalışan və bunu yaxşı icra edən bir komandaya qarşı bərabər oyun idi. Bu qələbə yalnız ilk addımdır, cavab oyununda 1/8 finala getmək üçün əla bir səmərə nümayiş etdirməliyik.

Bu gün ehtiyat oyunçular skamyasından çıxmış oyunçular, həm də topla və həmdə topsuz oyun baxımından komandanın səviyyəsini qaldırdılar. Makkenni – əla futbolçu və komandada vacib bir fiqurdur, yüksək səviyyəli oyunçudur, bu səbəbdən də hər yerdə və mütəmadi olaraq oynayır. Duqlas Luis indi əla formadadır, onun meydandakı güc-qüvvəsini çox bəyənirəm. O, güclü oyunçudur və çox yaxşı bir oyun keçirdi. Mən Mbanquladan da çox razıyam: o, təpki edir, aldadıb keçir, qollar vurur. Oyuna həmişə fantastik münasibətə malikdir, o, həmişə bütünlüklə can qoyur”, deyə Motta məmnunluqla vurğulayıb.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “Yuventus” fevralın 19-da PSV-nin “qonağı” olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: