“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Avropa Konfrans Liqasının 1/8 finalının “Reyncers”lə cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, evdəki ilk oyunda 1:3 hesabı ilə məğlub olmuş “Fənər”, cavab oyunun 2:0 hesabı ilə qalib gəlib oyunu penaltilər silsiləsinə daşısa da, burada qeyri-dəqiqliyi ilə mübarizəni dayandırıb – 2:3.
Mourinyo matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu gün biz ən yaxşı komanda idik. Biz 90 ərzində qalib gəlməyə layiq idik, biz 120 dəqiqənin tamamında qələbə qazanmağa layiq idik. Bu gün biz ən yaxşı komanda idik.
Birinci oyunda mən dürüst idim və mən, birinci oyunda səhvlər etdiyimizi və məğlub olmağa layiq olduğumuzu deyə biləcək qədər vicdanlı idim. Biz məğlub olduq.
Amma bu oyunda da mən dürrüst olmalı və bu gün ən yaxşı komandanı deməliyəm.
Biz qələbə qazanmaq üçün hər şeyi etdik, biz qələbəyə layiq idik.
Hakim və VAR – onlar qərara aldılar ki, penaltilər silsiləsinə sürüklənməliyik, axı 120 dəqiqə ərzində üç penalti vardı.
Ardınca isə penaltilər silsiləsində biz üç penltini qaçırdıq, “Reyncers” isə mərhələni adladı. Onlara təbrik düşür. Düşünürəm ki, mənim komandam mənim adımdan hər şeyə layiqdir, bizim tərəfdarlarımızdan, bir ölkə olaraq Türkiyədən…”, – “TNT Sports” dərgisi portuqal mütəxəssisdən sitat gətirir.
Yarışın 1/4 finalına vəsiqə qazanmış “Reyncers” bu mərhələdə Bilbao “Atletik”i ilə qarşılaşacaq. “Fənərbağça” isə cari avrokubok mövsümündə iştirakını başa vurub.


