“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”lə ev oyununda komandasının çıxışını qiymətləndirib.
Arena.az xatırladır ki, komandaların Avropa Liqasının 3-cü turu çərçivəsində İstanbulun “Şükrü Saracoğlu” stadionunda baş tutmuş oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.
“Mən bilirəm ki, ingilis mətbuatı “Mançester Yunayted”in çox yaxşı oynamadığını deyəcək, amma məncə, biz əla oyun oynadıq və onlardan daha yaxşı idik, demək, ədalətli olardı. “Mançester Yunayted” üçün bu, yaxşı nəticədir. Onlar bizə qarşı xal qazandılar, biz onlara qarşı yox. Biz möhtəşəm oynadıq”, deyə Mourinyo bildirib.
Portuqal mütəxəssis oyunun taleyinə təsir göstərmiş oyunçunu – “Mançester Yunayted”in kamerunlu qapıçısı Andre Onananı da qeyd edib:
“Onana iki inanılmaz qurtarış etdi. Məniç qapıçım (xorvat qapıçı Dominik Livakoviç) bacarmadı, o isə on saniyə ərzində iki qeyri-mümkün qurtarış etdi. O, bu oyunun nəticəsini müəyyən etmiş futbolçudur. O, iyirmi qurtarış etmədi, amma iki inanılmaz qurtarışla fərqləndi”, – UEFA-nın rəsmi saytı Mourinyodan sitat gətirir.
“Mour” həmçinin qırmızı vərəqə alaraq, texniki bölgədən qovulmasını da şərh edib.
Xatırladaq ki, portuqal mütəxəssis oyunun fransız hakimi Kleman Türpenə qarşı hədsiz çılğın duyğusallığına görə meydandan qovulub. “Mour”, fikrincə, rəqibin qapısına penalti təyin edilməli olduğunu üçün canfəşanlıq edib, hakim isə bunu qeyri-idmani rəftar olaraq qiymətləndirib.
“Mən bu barədə danışmaq istəmirəm. Hakim mənə inanılmaz bir xüsusu dedi. Dedi ki, eyni zamanda cərimə meydançasındakı fəaliyyəti də, mənim yan xətt kənarındakı davranışımı da görüb. Mən onu təbrik edirəm, çünki o, tamamilə inanılmazdır. Onun yan görmə qabiliyyəti oyun zamanı saatda yüz mil sürətlə işləyir. Hakim bir gözü ilə penaltiyə, digər gözü ilə isə ehtiyat oyunçular skamyasına və mənim davranışıma baxırmış. Bütün izahat da budur. Buna görə də o, dünyanın ən yaxşı hakimlərindən biridir”, – “The Guardian” nəşri “TNT Sports” dərgisinə istinadən, Joze Mourinyodan sitat gətirir.
3 turdan sonra “Fənərbaxça” 5 xalla Avropa Liqasının ümumi mərhələsinin yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 3 xalla 22 yerdədir.


