Neymar “Santos”un oyunu günündə fahişələrlə əylənib?

“Santos”un 33 yaşlı braziliyalı ulduz hücumçusu Neymar, adının yenə də xoşagəlməz qalmaqalda hallanması ilə gündəmə gəlib.

Arena.az UOL dərgisinə istinadən məlumat verir ki, braziliyalı ulduzun “Santos”un oyunu günündə fahişələrlə əylənməsi haqda xəbər yayılıb.

Bildirilir ki, “Ney” “Santos”un Paulista çempionatının yarımfinalında “Korintians”a qarşı oyunu (1:2) günündə dostlarının Arasoyaba-da-Serrada axşam məclisinə yollanıb. Braziliyalı ulduzun şəxsi vertolyotu burada gözə dəyib. İddia edilir ki, “Ney” burada fahişələrlə əylənib.

Xatırladaq ki, həmin gün Neymar “Santos”un oyununu yüngül zədə səbilə buraxmışdı, üstəlik, oyun, futbolçunun bacısı Rafaellanın doğum gününə – 11 Mart tarixinə təsadüf edib.

Jurnalist Leo Dias fahişə (eskort-model) Ani Avuada ilə görüşərək, qadından müsahibə götürüb. Müsahibəsində Ani, Neymarın onunla cinsi münasibətdə olduğunu bildirib, üstəlik, bu zaman daha bir qadının bu işdə ortaq olub iştirak etdiyini əlavə edib. Vurğulanır ki, bu ikinci qadın “Ney”in yer aldığı axşam məclisindən videosunun satın alınması müqabilində ulduz futbolçudan 8 min avro məbləğində pul tələb edib. Bu arada Neymarın atası araya girərək həmin qadına demək olar ki, 13 min avro məbləğində ödəniş edib ki, zənən ağzını bərk saxlasın. Göründüyü kimi, biabırçılıq ictimaiyyətə məlum olub.

Bu mənzərədə Neymarın təmsilçi tərəfi bəyanatla çıxış edib:

“Biz PIX-də (Braziliyada bank köçürmələrinin onlayn-sistemi – redaktorun qeydi) ödənişə sübutla bağlı sorğu ünvanlamışıq, hansı ki, bunun depozit olduğunu iddia etmiş qadına, guya Neymarın atası tərəfindən yönləndirilb. Bizə isə bunun yalan olduğunu təsdiqlədilər.
Bununla əlaqədar olaraq, biz bəyan edirik ki, müvafiq məlumat həqiqətə müvafiq deyil. Biz, əsassız şayiələrin müvafiq nəticələr yaratdığına və müvafiq səviyyəyə çatmasına təəssüf edirik”, – bəyanatda deyilir.

Neymarın atası jurnalsiti məhkəməyə verəcək

Vurğulanır ki, Neymarın atası bu xəbəri yaymış jurnalsit Leo Diasa qarşı məhkəmə iddiası qaldırmaq niyyətindədir. Neymarın özü isə haqqında yayılmış bu xəbərə dair açıqlama verməyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış braziliyalı futbolçu cari mövsümdə “balıqlar” üçün 7 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 232 oyun, 139 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: