Neymarın atası ulduz oğlunun planlarını açıqladı

“Santos”un braziliyalı ulduz hücumçusu Neymarın atası, oğlunun gələcək planları ilə bağlı açıqlamsı ilə diqqət çəkib.

Arena.az “TNT Brasil” dərgisinə istinadən, ata Neymarın bu barədə məlumatını təqdim edir:

“Bizim layihəmiz ancaq beş aya nəzərdə tutulmayıb. Biz müqavilə müddətinin uzadılmasını da baxışdan keçiririk.

Biz bura beş ay ərzində rəqabət aparmaq üçün gəlməmişik, məqsədimiz “Santos”a yenidən qurulmağa imkan yaratmaq, klubun yenidən təşəkkül tapması üçün ona tərəf müqabilləri tapmaqdır”, deyə Neymarın atası vurğulayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış Neymar cari mövsümdə “balıqlar” üçün 4 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 229 oyun, 137 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.