Niklas Beste 8 milyon avroya “Frayburq”da

Portuqaliyanın “Benfika” klubunun almaniyalı sol vingeri Niklas Beste bundan sonra “Frayburq”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bundesliqa təmsilçisi bu transferi 8 milyon avroya rəsmiləşdirib. 26 yaşlı futbolçu yeni klubu ilə 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Niklas Beste Dortmund “Borussiya”sının yetirməsidir. “Verder”, “Emmen”, “Yan Regensburq”, “Haydenhaym” kimi klubların da şərəfini qoruyub.

“Benfika” Niklas Besteni 2024-cü ilin iyulunda “Haydenhaym”dan 8 milyon avroya transfer etmişdi. Alman futbolçu Portuqaliya klubunun heyətində 22 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Beste Almaniyanın U-16, U-17, U-19 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.