“İnter”in və Fransa yığmasının mərkəz müdafiəçisi Benjamin Pavarın zədəsinin təfərrüatı haqda məlumat yayılıb.
Arena.az bu barədə “RMC Sports” dərgisinə istinadən məlumat verir:
Bu gün keçirilmiş tibbi müayinə göstərib ki, Pavarın diz oynağının yerindən çıxıb. Müdafiəçiyə müvafiq diaqnozla əməliyyat tələb edilmir. Amma Pavar üç-dörd həftə gips sarığıda qalmalı olacaq.
Benjamin Pavar “İnter”ə cari ilin avqustunda 30 milyon avro müqabilində “Bayern”dən keçib. Fransız müdafiəçinin “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Pavar “İnter”in heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyuna çıxıb.
Pavar 2017-ci iliin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 52 oyuna 5 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Benjamin “xoruzlar”la 2018-ci il dünya çempionatının, 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı Benjamin Pavarı 40 milyon avro məbləğində qiymətləndirir.


