Premyer Liqa: 3-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər veir ki, tura bu gün start veriləcək.

Turun ilk matçını – “Şamaxı” ilə “Səbail”in görüşünü Vüqar Həsənli idarə edəcək.

Sabah baş tutacaq “Sabah” – “Neftçi” matçı Fərid Hacıyevə tapşırılıb.

Sonuncu oyun gününə təsadüf edəcək “Kəpəz” – “Qəbələ” matçında Rauf Allahverdiyev, “Zirə” – “Sumqayıt” görüşündə isə Rəvan Həmzəzadə söz sahibi olacaq.

Bu tur “Qarabağ”la “Turan Tovuz” arasında keçirilməli olan matçı isə Ağdam klubunun UEFA Çempionlar Liqasındakı pley-off oyunlarına görə təxirə salınıb.

Azərbaycan Premyer Liqası
3-cü tur
19 avqust

“Şamaxı” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
Şamaxı şəhər stadionu, 16:30.

20 avqust

“Sabah” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Masazır. “Bank Respublika Arena”, 20:00.

21 avqust

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Qəbələ şəhər stadionu, 18:00.

“Zirə” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Bakı. “Dalğa Arena”, 20:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: