Premyer Liqa: 9-cu turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

9-cu tura sabah keçiriləcək “Zirə” – “Şamaxı” oyunu ilə start veriləcək. Bu oyunu Vüqar Həsənli idarə edəcək.

İkinci oyun günündə baş tutacaq “Səbail” – “Sumqayıt” matçında Rəvan Həmzəzadə, “Neftçi” – “Turan Tovuz” qarşılaşmasında isə İnqilab Məmmədov söz sahibi olacaq.

Turun mərkəzi qarşılaşması hesab edilən “Qəbələ” – “Qarabağ” oyunu Nicat İsmayıllıya həvalə olunub. “Sabah” – “Kəpəz” matçı isə Rəşad Əhmədova tapşırılıb.

Azərbaycan Premyer Liqası
9-cu tur
7 oktyabr

“Zirə” – “Şamaxı”
Hakimlər: Vüqar Həsənli, Namik Hüseynov, Kamran Bayramov, Namiq Bəkirov.
VAR: Fərid Hacıyev.
AVAR: Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

8 oktyabr

“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
Bakı. “ASCO Arena”, 17:00.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Bakcell Arena”, 19:30.

9 oktyabr

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
Qəbələ şəhər stadionu, 17:00.

“Sabah” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
Masazır. “Bank Respublika Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: