Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 5-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Kristal Pelas” – “Brentford” və “Lids” – “Everton” matçlarında qalib müəyyənləşməyib. Hər iki oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Fulhem” doğma meydanda “Brayton” üzərində qələbəyə sevinib. Səfərdə “Sauthempton”la qarşılaşan “Çelsi” isə turu məğlubiyyətlə başa vurub. Bu, “zadəganlar”ın 5 oyuna ikinci məğlubiyyətidir. Lodon təmsilçisi daha bir matçda da heç-heçə ilə kifayətlənib.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İngiltərə Premyer Liqası
5-ci tur
30 avqust
Kristal Pelas – Brentford 1:1
Qol: Zaha, 59 – Vissa, 88.
Fulhem – Brayton 2:1
Qol: Mitroviç, 48. Dank, 55-öz qapısına – Makallister, 60.
Sauthempton – Çelsi 2:1
Qol: Lavia, 28. Armstronq, 45+1 – Sterlinq, 23.
Lids – Everton 1:1
Qol: Sinisterra, 55 – Qordon, 17.
31 avqust
22:30. Arsenal – Aston Villa
22:30. Bornmut – Vulverhempton
22:30. Mançester Siti – Nottingem Forest
22:45. Vest Hem – Tottenhem
23:00. Liverpul – Nyukasl
1 sentyabr
23:00. Lester Siti – Mançester Yunayted


