Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçı Tovuzda keçirilib. Burada “Kəpəz” və “Sumqayıt” komandaları üz-üzə gəliblər.
Əvvəlki turda “Qarabağ”a böyük hesabla uduzmuş Sumqayıtın eyniadlı təmsilçisi 23 xalla 4-cü sırada qərarlaşmışdı. Ötən tur səfərdə “Qəbələ”yə 3 cavabsız qolla qalib gəlmiş “Kəpəz” isə 13 xalla 9-cu idi.
“Kəpəz”lə “Sumqayıt” bu oyuna qədər 25 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdə 8 heç-heçə qeydə alınmışdısa, Gəncə təmsilçisi 6, Sumqayıt klubu 11 qələbəyə sevinmişdi.
Tərəflərin Tovuzdakı qarşılaşmasında hesabı qonaqlar açıblar. Amma nominal meydan sahibləri fasiləyə qədər bərabərlik qolunu vura biliblər. İkinci hissədə hesab dəyişməz qalıb və komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Premyer Liqa
17-ci tur
14 dekabr
“Kəpəz” – “Sumqayıt” 1:1
Qollar: Georgi Papunaşvili, 43 – Roi Kehat, 20.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:30
Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 26. Adama Niane, 91. Latir Fall, 24. Olavale Onanuqa.
Baş məşqçi: Adil Şükürov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.


