Premyer Liqa: “Liverpul” azlıqda qaldı, xal itirdi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Liverpul” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. İlk hissədə məğlub duruma düşən meydan sahibləri ikinci hissənin əvvəlində azlıqda da qalıblar. Lakin buna baxmayaraq, Yurgen Kloppun komandası məğlubiyyətdən xilas olmağı bacarıb.

İngiltərə Premyer Liqası
2-ci tur
15 avqust

Liverpul – Kristal Pelas 1:1
Qol: L.Dias, 61 – Zaha, 32.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

14 avqust

Nottingem Forest – Vest Hem 1:0
Çelsi – Tottenhem 2:2

13 avqust

Aston Villa – Everton 2:1
Arsenal – Lester Siti 4:2
Brayton – Nyukasl 0:0
Mançester Siti – Bornmut 4:0
Sauthempton – Lids 2:2
Vulverhempton – Fulhem 0:0
Brentford – Mançester Yunayted 4:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: