Premyer Liqa: “Mançester Siti” xal itirdi, “Çelsi” darmadağın oldu

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 3-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

Səfərdə “Lids”lə qarşılaşan “Çelsi” darmadağınla uduzaraq cari mövsümdə ilk dəfə xalsız qalıb. “Vest Hem” isə doğma meydanda “Brayton”a məğlub olub. Altı qolun qeydə alındığı “Nyukasl” – “Mançester Siti” oyununda isə qalib müəyyənləşməyib. Bu, son çempionun cari mövsümdəki ilk xal itkisidir.

3-cü tura sabah keçiriləcək “Mançester Yunayted” – “Liverpul” matçı ilə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
3-cü tur
20 avqust

Tottenhem – Vulverhempton 1:0
Qol: H.Keyn, 64.

Lester Siti – Sauthempton 1:2
Qol: Meddison, 54 – Adams, 68; 84.

Everton – Nottingem Forest 1:1
Qol: Qrey, 88 – Conson, 81.

Kristal Pelas – Aston Villa 3:1
Qol: Zaha, 7; 58. Mateta, 71 – Uotkins, 5.

Fulhem – Brentford 3:2
Qol: Rid, 1. Palinya, 20. Mitroviç, 90 – Nerqor, 44. Touni, 71.

Bornmut – Arsenal 0:3
Qol: Edeqor, 5; 11. Saliba, 54.

21 avqust

Lids – Çelsi 3:0
Qol: Aaronson, 33. Rodriqo, 37. Harrison, 69.

Vest Hem – Brayton 0:2
Qol: Makallister, 22. Trossard, 66.

Nyukasl – Mançester Siti 3:3
Qol: Almiron, 28. Uilson, 39. Trippye, 54 – İ.Gündoğan, 5. Haland, 60. B.Silva, 64.

22 avqust

23:00. Mançester Yunayted – Liverpul

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: