Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 6-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.
Əvvəlcə “Brayton” doğma meydanda cari mövsümə çox uğursuz başlamış “Lester Siti” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı bu oyunda qonaqlar darmadağına üzülüblər.
Turun mərkəzi və qapanış oyununda isə “Mançester Yunayted”lə “Arsenal” üz-üzə gəlib. Dörd qolluq qarşılaşma mançesterlilərin inamlı qələbəsiylə yekunlaşıb. Bu, “topçular”ın yeni mövsümdəki ilk xal itkisi olub. Komanda bundan öncəki bütün oyunlarından qalib ayrılmışdı.
Beləliklə, 6 turdan sonra 15 xala malik “Arsenal” zirvədə qərarlaşıb. Son çempion “Mançester Siti” ilə “Tottenhem”in hesabında 14 xal var. “Brayton” 13 xalla 4-cü, “Mançester Yunayted” 12 xalla 5-ci, “Çelsi” 10 xalla 6-cı, “Liverpul” 9 xalla 7-cidir.
İngiltərə Premyer Liqası
6-cı tur
3 sentyabr
Everton – Liverpul 0:0
Brentford – Lids 5:2
Qollar: Touni, 30-pen; 43; 58. Mbeumo, 82. Vissa, 90+2 – Sinisterra, 45+2, Roka, 79.
Tottenhem – Fulhem 2:1
Qollar: Hoyberq, 40. Keyn, 75 – Mitroviç, 83.
Vulverhempton – Sauthempton 1:0
Qol: Podense, 45+1.
Nottingem Forest – Bornmut 2:3
Qollar: Kuyate, 33. Conson, 45+2-pen – Billinq, 51, Solanke, 63, Antoni, 87.
Nyukasl – Kristal Pelas 0:0
Çelsi – Vest Hem 2:1
Qollar: Çiluell, 76, Haverts, 88 – Antonio, 63.
Aston Villa – Mançester Siti 1:1
Qollar: Beyli, 74 – Haland, 50.
4 sentyabr
Brayton – Lester Siti 5:2
Qol: Tomas, 10-öz qapısına. Kaysedo, 15. Trossar, 64. Makallister, 71-pen; 90+7 – İheanaço, 1. Daka, 33.
Mançester Yunayted – Arsenal 3:1
Qol: Antoni, 35. Reşford, 66; 75 – Saka, 60.


