Premyer Liqa: Ötən turun qalibləri ilə məğlubları üz-üzə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Kəpəz”lə “Zirə” arasında keçiriləcək. Ötən tur qalib gəlmiş komandaların dueli Tovuzda baş tutacaq.

Digər oyun isə “Sumqayıt”la “Neftçi” arasında baş tutacaq. Bu komandalar isə ötən turu xalsız başa vurublar. Bu üzdən tərəflərə xal və xallar çox lazımdır.

Premyer Liqa
16-cı tur

7 dekabr

“Səbail” – “Araz-Naxçıvan” 0:2
Qollar: Ramon Maçado, 45+2-pen. Bernardo Dias, 56.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Bayıl Arena”. 15:00.

“Sabah” – “Qarabağ” 1:1
Qollar: Neqoş Kupusoviç, 49 – Nəriman Axundzadə, 67.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”. 18:00.

8 dekabr

16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu.

18:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

9 dekabr

19:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: