Premyer Liqa: “Zirə” “Səbail”lə matçda 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 30-cu turuna start verilib. Arena.az xəbər verir ki, turun açılış matçında “Zirə” doğma meydanda “Səbail”i sınağa çəkib.

Zirədə baş tutan qarşılaşmada qapılara 4 qol vurulub. Meydan sahibləri yekunda inamlı qələbəyə seviniblər.

Bu günün digər matçı “Neftçi” ilə “Qəbələ” arasında baş tutacaq. Bu oyuna saat 20:00-da start veriləcək.

Turun “Kəpəz” – “Turan Tovuz” oyunu sabah keçiriləcək. “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” görüşləri isə bazar gününə təsadüf edəcək.

Azərbaycan Premyer Liqası
30-cu tur
14 aprel

“Zirə” – “Səbail” 3:1
Qollar: Vladislav Kulaç, 52. Rüstəm Əhmədzadə, 69. Eldar Quliyev, 90+1 – Qoba Zakpa, 90+7.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu. Saat 17:30.

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta, 5. Moiz Adileu, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 91. Coşqun Diniyev, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 38. Ramiz Muradov, 9. Loris Broqno, 44. Dmitrios Çantakias, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: