Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Zirədə keçiriləcək. “Zirə” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Turnir cədvəlində qonşu olan komandalar son turda qələbə qazanıblar. Tovuz təmsilçisi hazırda 30 xalla 3-cü, Zirənin eyniadlı təmsilçisi isə 26 xalla 4-cüdür.
Digər oyununda da turnir cədvəlində qonşu olan iki komanda üz-üzə gələcək. 13 xalla 8-ci olan “Neftçi” doğma meydanda 10 xalla 9-cu sırada qərarlaşmış “Kəpəz”i qəbul edəcək. Gəncə təmsilçisi səfərdə qələbə qazana bilsə, paytaxt klubunu turnir cədvəlində qabaqlaya bilər.
Premyer Liqa
17-ci tur
14 dekabr
“Şamaxı” – “Səbail” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:20.
“Araz-Naxçıvan” – “Sabah” 0:1
Qol: Coy Lens Mikels, 78.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Dalğa Arena”, 16:30.
15 dekabr
“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 16:00.
“Neftçi” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”, 18:30.
16 dekabr
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva .
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


