Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı və 7-ci turların oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Hər iki turun görüşləri 3 gün ərzində keçiriləcək. 6-cı turun matçları 9, 10 və 11 sentyabrda gerçəkləşəcək. 7-ci turun oyunları isə 16, 17 və 18 sentyabra təsadüf edəcək.
PFL-dən verilən digər məlumata görə, “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” təmirə bağlanıb. Belə ki, bu stadionun qazonunda aparılacaq yeniləmə işləri ilə əlaqədar “Neftçi”nin müraciəti, “Səbail”in razılığı ilə 1-ci dövrənin 7-ci turunun oyunu “Səbail” – “Neftçi”, 2-ci dövrənin 15-ci turunun oyunu “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.
Xatırladaq ki, Premyer Liqada bu mövsüm baş tutan 4 turdan sonra “Sabah” 12 xalla vahid liderdir. Bir oyun az keçirmiş “Qarabağ”, eləcə də “Qəbələ” və “Neftçi”nin 9 xalı var. 5-ci turun matçları isə 1, 3 və 4 sentyabrda keçiriləcək.
6-cı tur
9 sentyabr
“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 16:30.
10 sentyabr
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 18:00.
“Səbail” – “Zirə”
Bakı. “ASCO Arena”, 20:30.
11 sentyabr
“Sumqayıt” – “Şamaxı”
“Sumqayıt Arena”, 18:00.
“Qarabağ” – “Sabah”
Bakı. “Azersun Arena”, 20:30.
7-ci tur
16 sentyabr
“Sabah” – “Turan Tovuz”
Masazır. “Bank Respublika Arena”, 18:00.
“Səbail” – “Neftçi”
Bakı. “ASCO Arena”, 20:30.
17 sentyabr
“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 19:00.
18 sentyabr
“Kəpəz” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 18:00.
“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 20:30.


