PSJ və “Bayern” Çempionlar Liqasında 1/4 finala çıxdılar

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Almaniya çempionu “Bayern” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Bu komandalar arasında ilk görüş İtaliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab oyununda isə Münhen klubu 3 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib.

Fransa çempionu PSJ də İspaniya təmsilçisi “Real Sosyedad”ın qonağı olub. Birinci görüşdə rəqibini 2:0 hesabı ilə məğub etmiş Paris klubu cavab qarşılaşmasında da 2:1 hesablı qələbə qazanmaqla 1/4 finalçıya çevrilib.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin digər cavab oyunları 6, 12, 13 martda keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
5 mart

“Bayern” (Almaniya) – “Latsio” (İtaliya) – 3:0
Qollar: Keyn, 39; 66. Müller, 45+2.
İlk oyun – 0:1

00:00. “Real Sosyedad” (İspaniya) – PSJ (Fransa) – 1:2
Qollar: Merino, 89 – Mbappe, 15; 56.
İlk oyun – 0:2.

6 mart

00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
İlk oyun – 3:1.

00:00. “Real” (İspaniya) – “Leypsiq” (Almaniya)
İlk oyun – 1:0.

12 mart

00:00. “Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya)
İlk oyun – 0:1

00:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya)
İlk oyun – 1:1.

13 mart

00:00. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
İlk oyun – 0:1.

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)
İlk oyun – 1:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: