“Qəbələ” çempionluğu təmin etdi, “Karvan”la “İmişli”…

Premyer Liqaya vəsiqəni bir neçə tur öncə təmin etmiş “Qəbələ” bu gün Azərbaycan Birinci Liqasında çempionluğu da rəsmiləşdirib.

Arena.az xəbər verir ki, bu, 23-cü tur çərçivəsində baş tutmuş MOİK-lə ev oyunundan sonra reallaşıb.

Əyalət təmsilçisi doğma meydanda “hərbçiləri” 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. Yeganə qolu Elşad Tağıyev 90+7-ci dəqiqədə penaltidən vurub.

Qeyd edək ki, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda hazırda 58 xalla turnir cədvəlinə liderlik edir.

Bu gün həm də “Karvan” və “İmişli” komandaları Premyer Liqaya vəsiqəni təmin ediblər. “Karvan” evdə “Cəbrayıl”ı, “İmişli” isə səfərdə “Zaqatala”nı 2 cavabsız qolla məğlub edib. Bu nəticələrdən sonra “İmişli” 44 xalla yarış cədvəlinin ikinci, “Karvan” isə 43 xalla üçüncü pilləsində qərarlaşıb. Bu komandaların ən yaxın izləyicisi 28 xala malik “Zaqatala”dır ki, əyalət təmsilçisinin önə keçmək şansları qalmayıb.

Birinci Liqa
23-cü tur

24 aprel

“Qaradağ Lökbatan” – “Difai” 3:1
Qollar: Araz Abdullayev, 58-pen; 75. Hakan Həsənov, 84 – Seymur Əliyev, 10.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Rasim Axundov, Nazim Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Mingəçevir” – “Baku Sporting” 4:0
Qollar: Taleh Fərmanov, 5. Nahid Əliyev, 25; 46. Abba Usman, 66.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rəhman Aslanov, Samir Musayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 17:00.

25 aprel

“Karvan” – “Cəbrayıl” 2:0
Qollar: Bəhruz Teymurov, 19. Emil Qasımov, 81.
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 17:00.

“Zaqatala” – “İmişli” 0:2
Qollar: İdris İnqilablı, 21. Abbas Ağazadə, 61.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Qəbələ” – MOİK 1:0
Qol: Elşad Tağıyev, 90+7-pen.
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Qəbələ şəhər stadionu, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: