“Qəbələ” qələbəni əldən verdi – Azərbaycan Kubokunda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşü “Araz-Naxçıvan”la “Qəbələ” arasında keçiriləcək.

Mərdəkanda baş tutacaq bu oyun sözügedən klubların kubokda ikinci görüşü idi. Ötən mövsüm baş tutan yeganə dueldə “Qəbələ” qalib gəlmişdi.

Elə bugünkü oyunda da hesabı “Qəbələ” açıb. Amma Elmar Baxşıyevin komandası bu üstünlüyünü sonadək qoruya bilməyib. Bu üzdən də qarşılaşma bərabərliklə başa çatıb.

Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
31 yanvar

“Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qollar: Elvis Maşike, 45 – Samuel Tetteh, 11.
Qırmızı vərəqə: Lukas Afriko, 77.
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov.
Mərdəkan. “Dalğa Arena”, 16:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Qəbələ: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 3. Zurab Oçiqava, 6. Feras Abu Akal, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: